• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video

Eldar Əzizov Xətai rayonundakı qanunsuz tikililərə və Rafiq Quliyevə niyə irad tutmadı

Gündəm / Sosial / Hadisə / Cəmiyyət / Dünya

11-03-2026, 11:00

 


Son vaxtlar Bakı şəhərinin rayonlarında qanunsuz tikintilərin miqyası nəzərəçarpacaq dərəcədə artıb. Sosial şəbəkələrdə və müxtəlif platformalarda yayılan çoxsaylı foto və videolar rayon ərazisində aparılan tikinti işlərinin böyük hissəsinin müvafiq icazələr olmadan həyata keçirildiyini göstərir. Məhz çoxsaylı şikayətlər əsasında fevralın 17-də Bakı şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Suraxanı rayon İcra hakimiyyətinin başçısı Adil Əliyevə töhmət, Xəzər rayon icra hakimiyyətinin başçısına isə xəbərdarlıq edilmişdir.


Medianın yazdığına görə A.Əliyevə töhmət verilməsinə səbəb rayon ərazisində qanunsuz tikintilərin sayının çoxluğu olub. Belə ki, müşavirədə Suraxanıda qanunsuz tikinti hallarının artdığı, rayonun digərləri ilə müqayisədə bu baxımdan “seçildiyi” vurğulanıb. Bəli, vaxtilə biz də Suraxanı İH-nin sabiq başçısı İlqar Abbasovun dövründə 55000 “gözyümdü” ilə qanunsuz evlərin tikintisindən bəhs etmişdik. Bu da hökumətə gələcəkdə çoxsaylı problemlərin yaranmasına gətirib çıxarmışdır.


Apardığımız araşdırmalar və qeyd etdiyimiz konkret faktlardan, və eyni zamanda medianın yaydığı vaxtaşırı məlumatlardan isə görünür ki, belə qanunsuz tikintilərin əhəmiyyətli hissəsi Xətai rayon İcra Hakimiyyətinin razılığı və nəzarəti altında aparıldığı bildirilir. Qeyd edilir ki, son beş il ərzində rayon ərazisində icra başçısı Rafiq Quliyev və onun yaxın çevrəsinə aid olduğu iddia edilən yüzlərlə obyekt inşa edilib. Məlumata görə, belə qanunsuzluqlara yol verdiyinə görə Rafiq Quliyev ötən günlərdə Bakı şəhər İcra Hakimiyyətinə çağırılmış, Prezident Administrasiysına olunan şikayətlərlə bağlı ona iradlar bildirilib və rəsmi xəbərdarlıq edilmışdir. Amma çox təəssüflər olsun ki, Rafiq Quliyev son rəsmi xəbərdarlıqdan nəticə çıxarmış, hətta bir azda qabağa gedərək rayon ərazisində davam edən qanunsuz yarımçıq tiliklilərin təcili olaraq yekunlaşması üçün şərait yaradılmasına göstəriş də vermişdir.


Sonuncu faktı bir daha xatırlatmaq yerinə düşər. Xətai rayonunda General Mehmandarov küçəsində yaşayan sakinlərin verdiyi məlumatlardan belə aydın olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi ilə Rüfət Əsgərov kücəsinin kəsişməsində, 2942-ci məhəllə, 2- ci döngə, giriş 18 ünvanda ev alqı-satqısı işi ilə məşğul olan və “makler” kimi tanınan əslən Laçından olan qəssab Tahir adlı şəxs qanunsuz tikili aparır. Sakinlərə də məlumat verib ki, guya həmin ərazidə olan və ona məxsus 2.5 sot torpaq sahəsinin sənədləri varmış. Lakin sonradan məlum olmuşdur ki,5 ədəd 10 mərəbəli yaşayış binalarının qarşısında yerləşən həmin ərazi üçün Tahirin heç bir hüquq müəyyənedici sənədi yoxdur. Buna baxmayaraq o sürüşmə zonası kimi tanınan bu ərazidə 1 aydır ki, ev tikintisinə başlamışdır. Bu barədə sakinlər də ona dəfələrlə irad bildirmişlər ki, ərazidə qanunsuz tikinti işləri aparmasın. Lakin o buna məhəl qoymadan özbaşına tikintini davam etdirməkdədir. Jek işcisi Azərin sakinlərə verdiyi məlumata görə, yəni qanunsuz evin inşaası üçün Tahir ona 1500 manat, onun tanışı olan və Xətai rayon İcra Hakimiyyətində işləyən Nurlan və İntiqam adlı vəzifəli şəxslərə isə 20 000 manat verib ki, guya ona məxsus ( əslində zəbt etdiyi) olan 2.5 sot sənədsiz torpaq sahəsi üzərində ikimərtəbəli bir ev tikməyə qanunsuz icazə alıb.


olsun ki, sonrakı müşahidələrimiz və aldığımız son məlumatlardan belə aydın olur ki, ərazidəki özbaşına ev tikintisi nəinki yerində araşdırılmış və işlərin müvəqqəti də olsa dayandırılmasına göstəriş verilmiş, əksinə yerli İcra Hakimiyyəti səlahiyyətliləri dam örtüyünün də son mismarına qədər qanunsuz işlərin görülməsinə şərait yaratmaqda və müdafiə etməkdədirlər. Necə deyərlər, “ İcra başçısı Qanundur, Qanun icra başçısı deyil!”


Onu da qeyd etmək yerinə düşərdi ki, Tahir bizim müraciətimiz zamanı evini cəmi 6-7 mişar daşı ilə hörgü işləri görmüşdürsə, yerli İcra Hakimiyyəti və Şəhərsalma, Arxitektura Komitəsinin səlahiyyətli şəxsləri baxış keçirib getdikdən sonra tikinti işləri sürətlənmiş və fevralın 22-dək dam örtüyü işlərinin başa çatdırılması tapşırılmışdır.


Doğrudur, Fövqəladə Hallar Nazirliyinə, Arxitektura və Şəhərsalma Komitəsinə və Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığımız 5 yanvar tarixli müraciətlərimizə hələ də heç bir cavab verilməsə də, Bakı şəhər prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin rəis müavini cənab Ramazan Hadıyevin Xətai rayon prokuroru Sərdar Həmidova ünvanladığı 29 dekabr 2025-ci il tarixli məktubunda qeyd etmişdir: “ Yaşayış sahəsinin qarşısında sürüşmə zonasında aparılan özbaşına tikinti işlərinin dayandırılması barədə Bakı şəhər Prokurorluğuna daxil olmuş müraciəti qanunamüvafiq tədbirlər görülməsinin təmin edilməsindən ötürü Sizə göndərilir.”


Aradan 50 gün keçsə də bir cavab da Xətai rayon prokuroru Sərdar Həmidovdan gözləyirik. Görəsən Xətai rayonu, General Mehmandarov küçəsi ilə Rüfət Əsgərov kücəsinin kəsişməsində, 2942-ci məhəllə, 2- ci döngə, giriş 18 ünvanda aparılan qanunsuz tikilinin qarşısı alınacaqmı?


Cənab Eldar Əzizovdan da soruşmaq istəyirik ki, qanunsuz tikinti işlərinə görə 2 həftə əvvəl xəbərdalıq etdiyiniz və buna baxmayaraq qanunsuz tikinti işlərinin davam etdirilməsinə şərait yaradan icra başçısı cənab Rafiq Quliyevi 17 fevral müşavirəsində niyə yada salınmadı?

Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial / Cəmiyyət

19-02-2026, 06:00

Töhmətlə qazanılan milyonlar, viran qalan rayon və göyə sovrulan büdcə

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Cəmiyyət / Səhiyyə / Dünya

18-02-2026, 13:00

Qurbanovun oduna Zaur Əliyev də “yana” bilər: ABŞ-da gizli görüş, tender maxinasiyaları..

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Cəmiyyət / Səhiyyə / Dünya

18-02-2026, 13:00

Qurbanovun oduna Zaur Əliyev də “yana” bilər: ABŞ-da gizli görüş, tender maxinasiyaları..

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Cəmiyyət / Səhiyyə / Dünya

18-02-2026, 13:00

Qurbanovun oduna Zaur Əliyev də “yana” bilər: ABŞ-da gizli görüş, tender maxinasiyaları..

İncəsənət
Hadisə
14-03-2026, 10:00
Xətai Rayonun İcra Hakimiyyətinin təşkilatçılığı ilə " Şəhərsalma və Memarlıq ili " çərçivəsində ağacəkmə aksiyası keçirilib.
11-03-2026, 11:00
Eldar Əzizov Xətai rayonundakı qanunsuz tikililərə və Rafiq Quliyevə niyə irad tutmadı
Son xəbərlər
  • 14-03-2026, 10:00
    Xətai Rayonun İcra Hakimiyyətinin təşkilatçılığı ilə " Şəhərsalma və Memarlıq ili " çərçivəsində ağacəkmə aksiyası keçirilib.
  • 12-03-2026, 01:00
    Xameneinin yaralanması rəsmən təsdiqləndi
  • 11-03-2026, 11:00
    Eldar Əzizov Xətai rayonundakı qanunsuz tikililərə və Rafiq Quliyevə niyə irad tutmadı
  • 19-02-2026, 06:00
    Töhmətlə qazanılan milyonlar, viran qalan rayon və göyə sovrulan büdcə
  • 18-02-2026, 13:00
    Qurbanovun oduna Zaur Əliyev də “yana” bilər: ABŞ-da gizli görüş, tender maxinasiyaları..
  • 18-02-2026, 13:00
    Qurbanovun oduna Zaur Əliyev də “yana” bilər: ABŞ-da gizli görüş, tender maxinasiyaları..
  • 18-02-2026, 13:00
    Qurbanovun oduna Zaur Əliyev də “yana” bilər: ABŞ-da gizli görüş, tender maxinasiyaları..
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Kazımov
  • Tel: (+99455) 266 63 89
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
Müəllif hüquqları qorunur. Abatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə