• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video

Yenidən MSK sədri seçilən Məzahir Pənahov KİMDİR? – DOSYE

Gündəm / Siyasət / Cəmiyyət

28-04-2026, 06:30

 

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib. Toplantıda Məzahir Pənahov yenidən komissiya sədri seçilib.


NOCOMMENT.az artıq 26 ildir MSK-ya sədrlik edən M.Pənahovun tərcümeyi-halını təqdim edir.


Məzahir Məhəmməd oğlu Pənahov 1951-ci il martın 13-də Tovuz rayonunun Qaraxanlı kəndində ziyalı ailəsində doğulub. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) Fizika fakültəsinə daxil olub və 1972-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirib.


1971-1972-ci illərdə Sankt-Peterburq şəhərində A.F.İoffe adına Fizika-Texnika İnstitutunun diplomçusu, 1973-1976-cı illərdə isə aspirantı olub. 1979-cu ildən elmlər namizədi, 1992-ci ildən elmlər doktorudur. 1977-ci ildən 1993-cü ilədək BDU-da müəllim, baş müəllim və dosent işləyib. 1993-cü ildən adıçəkilən ali məktəbin “Ümumi fizika və fizikanın tədrisi metodikası” kafedrasının professoru, 1996-cı ildən 2019-cu ilədək həmin kafedranın müdiri olub.


1982-1983-cü illərdə Böyük Britaniyanın Mançester Universitetində, Təbiət Elmləri və Texnologiya İnstitutunda (UMIST) elmi tədqiqatlar aparıb.


1998-2000-ci illərdə MSK-nın beynəlxalq əlaqələr idarəsinin rəisi işləyib. 2000-ci il mayın 19-da Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə MSK üzvü təyin olunub və həmin gün komissiyaya sədr seçilib.\\“Yeni Sabah”


 

MSK sədri kimi seçkilər sahəsində uzunmüddətli səmərəli fəaliyyəti ölkəmizdə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına, qanunvericilik bazasının təkmilləşdirilməsinə və institusional mexanizmlərin yaradılmasına əhəmiyyətli töhfələr verib. Azərbaycanda seçki sisteminin təkmilləşdirilməsi, müasir tələblərə uyğun seçki ənənəsinin formalaşdırılmasına hədəflənən bir sıra əsaslı islahatların aparılması və yeniliklərin, o cümlədən müasir texnologiyaların tətbiqində böyük uğurlar əldə edilməsində mühüm əhəmiyyətli rolu olub.


Seçki sisteminin formalaşdırılması məqsədilə nüfuzlu beynəlxalq qurumlarla Azərbaycan arasında sıx əməkdaşlığın həyata keçirilməsində və bir sıra xarici ölkələrin ali seçki qurumları ilə qarşılıqlı əlaqələrin yaradılmasında müstəsna rolu olub, onun rəhbərliyi altında MSK 2002-ci ildə Mərkəzi və Şərqi Avropa Seçki Rəsmiləri Assosasiyasına (ACEEEO) üzv qəbul edilib.


Elmi fəaliyyəti mürəkkəb strukturlu bərk cisimlərdə elektron və optik hadisələrin tədqiqi sahəsində olmuşdur. Metal-izotop heterokeçidli yarımkeçirici kontaktından ibarət mürəkkəb strukturlu bərk cisimlərdə elektron və optik hadisələrin nəzəriyyəsini işləyib və ilk dəfə bu tip mikrosistemlərin Volt-Farad xarakteristikasında Mott rejiminə uyğun məxsusiyyətin mövcud olduğunu aşkar edib. Az sonra təcrübədə təsdiqini tapan bu ideya belə strukturlar əsasında prinsipcə yeni növ müasir cihazların hazırlanması imkanını gerçəkləşdirməklə bərabər heterokeçidlərdə, digər parametrlərlə yanaşı, praktiki baxımdan müstəsna əhəmiyyət kəsb edən enerji sıçrayışını çox böyük dəqiqliklə təyin etmək üçün yeni metodun da əsasını qoyub.


 


Nüfuzlu beynəlxalq jurnallarda dərc olunan yüzə yaxın elmi məqalənin, iki dərs vəsaitinin müəllifi, bir neçə monoqrafiya və dərs vəsaitinin elmi redaktorudur. Böyük Britaniya, Almaniya, Rusiya, Ukrayna, İran və digər xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda iştirak edib.


Azərbaycan müstəqillik əldə etdikdən sonra 1992-ci ildə ABŞ-dən olan Azərbaycansevər həmfikirləri ilə birlikdə Los-Ancelesdə beynəlxalq standartlara uyğun irihəcmli “Azerbaijan International” jurnalının əsasını qoyanlardan biri olub və dünyanın əlliyə yaxın ölkəsinə yayılan, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması kimi nəcib bir missiyaya xidmət göstərən bu jurnalın 2000-ci ilədək Bakıdakı rəhbərliyini həyata keçirib.


Prezident İlham Əliyevin 14 mart 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.


Prezident İlham Əliyevin 30 mart 2021-ci il tarixli sərəncamı ilə Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.


Evlidir, iki oğlu və bir qızı var.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

27-04-2026, 20:00

İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar - Yenilənib

Gündəm / Cəmiyyət

25-04-2026, 08:00

İşdən çıxarılan Rəşad Əhmədalıyevin böyük sərvəti ortaya ÇIXDI - Siyahı adamı heyrətləndirir

Səhiyyə

25-04-2026, 08:49

Diaqnostika Mərkəzinin həkimi İlqar İsmayılovun səhv əməliyyatına görə pasiyent ö*üb?

İncəsənət
Təbəssüm İnkişaf Mərkəzi – Hər Bir Uşağın Gələcəyinə Sevgi, Elm və Peşəkarlıqla Açılan Qapı
Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova : "Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan respublikasının yaradıcısı və banisidir".
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
Hadisə
13-09-2026, 20:33
Mingəçevirdə keçmiş məcburi köçkünlərin yaşadığı binada yanğın – sakinlər təxliyə edildi
13-09-2026, 20:17
Sakit okeanda onlarla insanın olduğu bərə batıb – 30-dan çox itkin
13-09-2026, 09:22
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılarkən yaralandı
12-09-2026, 17:02
İtkin düşmüş 8 nəfər tapılaraq ailələrinə təhvil verildi
12-09-2026, 13:39
Ağstafada həyat yoldaşını boğaraq öldürməyə cəhd edən şəxsə 11 il 3 ay həbs verildi
12-09-2026, 13:27
Azərbaycanda nadir tibbi hadisə: Döl qaraciyərdə inkişaf edib
Son xəbərlər
  • 13-09-2026, 20:33
    Mingəçevirdə keçmiş məcburi köçkünlərin yaşadığı binada yanğın – sakinlər təxliyə edildi
  • 13-09-2026, 20:30
    Azərbaycanda 3600 il əvvələ aid inanılmaz tapıntı – FOTO
  • 13-09-2026, 20:17
    Sakit okeanda onlarla insanın olduğu bərə batıb – 30-dan çox itkin
  • 13-09-2026, 09:37
    Gəncənin bir sıra ərazilərində qaz təchizatı məhdudlaşdırılıb
  • 13-09-2026, 09:32
    Sürücülərin nəzərinə: Bakının əsas prospektlərindən birində təmir başlayır
  • 13-09-2026, 09:25
    İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt irəli sürüb
  • 13-09-2026, 09:22
    Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılarkən yaralandı
  • 13-09-2026, 08:30
    Hikmət Hacıyev: Kəlbəcər dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir
  • 13-09-2026, 00:00
    Məmməd Musayev həbsin bir addımlığında? - "Turanbank" da araşdırılacaq
  • 12-09-2026, 17:02
    İtkin düşmüş 8 nəfər tapılaraq ailələrinə təhvil verildi
  • 12-09-2026, 16:58
    “Qarabağ” və “Sabah” Çempionlar Liqasının ən ucuz heyətləri sırasında
  • 12-09-2026, 16:53
    Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yeni sistem tətbiq ediləcək
  • 12-09-2026, 13:39
    Ağstafada həyat yoldaşını boğaraq öldürməyə cəhd edən şəxsə 11 il 3 ay həbs verildi
  • 12-09-2026, 13:27
    Azərbaycanda nadir tibbi hadisə: Döl qaraciyərdə inkişaf edib
  • 12-09-2026, 10:13
    Trampdan İranla müharibə ilə bağlı açıqlama: “İranlılar məğlubiyyətə uğrayacaqlar”
  • 12-09-2026, 10:11
    MKİ 11 sentyabr terroru ilə bağlı 101 səhifəlik sənədləri məxfilikdən çıxardı
  • 12-09-2026, 10:05
    Xarici diplomatlar Qarabağ və Şərqi Zəngəzurda – Şuşadan yeni görüntülər
  • 12-09-2026, 10:01
    🇦🇿 Qusar Rayon İcra Hakimiyyəti dövlət bayraqları alır – Tenderin məbləği AÇIQLANDI
  • 12-09-2026, 09:56
    🇦🇿 Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi – Sərəncam
  • 11-09-2026, 13:53
    Bakıda yataqxanada 47 yaşlı kişinin meyiti tapılıb
  • 11-09-2026, 13:44
    ⚖️ Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxundu
  • 11-09-2026, 13:41
    🇵🇰🇦🇿 Pakistanın Baş naziri oktyabrda Azərbaycana səfər edəcək
  • 11-09-2026, 13:35
    Xankəndidə yaşayan əhalinin sayı açıqlandı
  • 11-09-2026, 13:30
    Sumqayıtda tikintidə bədbəxt hadisə baş verib – fəhlə ölüb
  • 11-09-2026, 13:05
    🇦🇿 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün məktəbi ziyarət edib
  • 11-09-2026, 13:02
    Ötən il 877 nəfər 15-17 yaş aralığında ana olub
  • 11-09-2026, 12:56
    DİM sədri: “Bərabərlik hər kəsə eyni şeyi vermək deyil”
  • 11-09-2026, 12:52
    Bu gün Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödəniləcək
  • 11-09-2026, 12:33
    Bakıda anasının imtina etdiyi körpə ilə bağlı yeni təfərrüatlar: bir neçə anadangəlmə inkişaf qüsuru aşkarlanıb
  • 10-09-2026, 15:25
    Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmiyə dron hücumu: 2 ölü, 2 yaralı
  • 10-09-2026, 15:17
    Prezident Qaradağda yeni müəssisənin açılışında iştirak etdi – 240 nəfər işlə təmin olunacaq
  • 10-09-2026, 15:12
    Prezidentdən dövlət qurumlarının büdcədənkənar vəsaitləri ilə bağlı YENİ FƏRMAN
  • 10-09-2026, 15:07
    Xəzərdə zəlzələ oldu
  • 10-09-2026, 15:04
    9 illik baza üzrə kollec seçimi bu gün başa çatır – SON SAAT
  • 10-09-2026, 15:02
    Xocalıda mina partlayışı: Əməkdaşın ayağı amputasiya olunub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Kazımov
  • Tel: (+99455) 266 63 89
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
Müəllif hüquqları qorunur. Abatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə