• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video

Diaqnostika Mərkəzinin həkimi İlqar İsmayılovun səhv əməliyyatına görə pasiyent ö*üb?

Səhiyyə

25-04-2026, 08:49

 

Bakı şəhər sakini Ərəstun Rzayev martın 23-ü vəfat edən oğlunun həkim səhlənkarlığının qurbanı olduğunu iddia edir.

 


XALQ xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən Ə.Rzayev 34 yaşlı övladının ölümündən 12 gün əvvəl əməliyyat edildiyini bildirib.


O, oğlu Adil Rzayevin ölümü ilə bağlı obyektiv araşdırma aparılmasını xahiş edib: “Oğlum Adilin səhhətində yaranmış problemə görə onu martın 11-də “SPERO Hospital”a apardıq. Oradakı KT müayinəsi nəticəsində oğlumun dalağının arxa hissəsində qan toplanması (hematoma) olduğu bildirildi. Elə həmin gün Adili dərhal Respublika Diaqnostika Mərkəzində həkim İlqar İsmayılovun qəbuluna apardım. O, övladımın dərhal cərrahi əməliyyat edilməsinin zəruri olduğunu bildirdi. KT və analizlərin nəticəsinə əsasən tam diaqnoz təyin edə bilmədiyi üçün ilk öncə endoskopik (kamera ilə), əgər zərurət yaranarsa, açıq əməliyyata keçəcəyini bildirdi. Əməliyyatdan sonra İlqar İsmayılov mənə prosesin uğurlu olduğunu, qan yığıntısının təmizləndiyini və bir azdan palataya keçiriləcəyini dedi. Lakin qan yığınının nədən yaranması barədə dəqiq məlumat vermədi”.

 

Mərhumun atası övladının ölümünə keçirdiyi dalaq əməliyyatı və sonrakı ağırlaşmaların səbəb olduğunu düşünür: “Bütün faktlar əməliyyatı həyata keçirən Respublika Diaqnostika Mərkəzinin həkimi İlqar İsmayılovun səhvinin olmasını göstərir. Oğlum barəsində tərtib olunmuş ölüm haqqında şəhadətnamədə bilavasitə ölümə səbəb kimi trombositlərin keyfiyyət qüsurları, Bernar Sulye (nəhəng trombositlər) sindromu, Qlansman trombasteniyası göstərilib, patoloji prosesin başlanması ilə ölüm arasında fərqin 12 gün olması qeyd edilib. Patoloji prosesin başlanması ilə ölüm arasında zamanın 12 gün qeyd edilməsi ölümün səbəbinin birbaşa olaraq İlqar İsmayılov tərəfindən edilmiş əməliyyat olduğuna işarə edir. Çünki həmin əməliyyat ölümdən 12 gün qabaq edilmişdi”.


Ə.Rzayev hadisə ilə bağlı aparılan araşdırmaların gedişatından narazı olduğunu əlavə edib: “İş üzrə araşdırmanın Abşeron Rayon Prokurorluğunda aparılmasının məntiqi izahı yoxdur. Əməliyyat baş verən ərazinin Abşerona heç bir aidiyyəti yoxdur. Oğlum Yasamal rayonunda yerləşən klinikada əməliyyat edilib və işə bu rayonun prokurorluğunda baxılmalıdır. Oğlumun vəfatından sonra onun dalağı tərəfimizdən özəl klinikalardan birinə təhvil verilsə də, bizim xəbərimiz və məlumatımız olmadan götürülərək ekspertizaya təqdim edildiyi bildirilib. Bütün bunların bizə heç bir məlumat verilmədən aparılması məndə araşdırmanın ədalətli araşdırılmadığı və nəticənin də ədalətli olmayacağı qənaətinə gətirir. Hazırda iş üzrə ekspertiza təyin olunub. Xahiş edirəm, məsələyə obyektiv baxılsın və faktla bağlı cinayət işi açılaraq ətraflı istintaq tədbirləri həyata keçirilsin”.

 

Məsələ ilə bağlı prokurorluqdan sorğumuza cavab olaraq bildirilib ki, hazırda araşdırmalar davam etdirilir. Ekspertizanin rəyinə əsasən, cinayət işi açıla bilər.


İttihamlarla əlaqədar həkim İlqar İsmayılovla da əlaqə saxladıq. O, saytımıza açıqlamasında Adil Rzayevin ölümünün onun 11 mart tarixində keçirdiyi cərrahi əməliyyatla əlaqəli olmadığını deyib: “Adil Rzayev təsadüfən bizim yanımıza gəlməyib. Onun atası Ərəstun bəyi bir neçə ay əvvəl bağırsaq xərçənginə görə çox mürəkkəb əməliyyat etmişdik. O da gecikdirilmiş vəziyyətdə yanımıza gəlmişdi. Uğurlu əməliyyat oldu. Adil isə bizə müraciət etməmişdən təxminən 6 ay əvvəl beyin qanaxması – insult keçirmişdi, daha sonra başqa bir mərkəzdə öd kisəsindən əməliyyat edilmişdi. Bundan sonra qarındakı ağrılarla bizə müraciət etmişdi. 1 həftə evdə nəzarətsiz saxlayıblar və müayinə edərkən məlum oldu ki, 1 həftədir qarın boşluğuna qan yığılıb və böyükölçülü qan laxtasını götürmək üçün təcili əməliyyat etmişik.

Əməliyyatla qan laxtasını götürdük, əməliyyatın videosu da mövcuddur. Orada görünür ki, dalaq sağlamdır, hər hansı qanaxma yoxdur. 1 həftə xəstəxanada qaldı və müayinələr də göstərdi ki, əməliyyat etdiyimiz yer təmizdir və evə buraxıldı. Sonradan kontrola gəldikdə də baxdıq və məlum oldu ki, vəziyyəti kafidir. Daha sonra bayram günlərində bizim və komandamızın Bakıda olmadığı dönəmdə anası zəng edib ki, kəskin ağrıları başlayıb. Biz də dedik ki, dərhal tomaqrafiyadan keçsin. KT edən həkim də bizə müayinənin nəticəsini göndərdi, səs də göndərdi və dedi ki, Adildə başqa yerdə qanaxma var. Məlum oldu ki, bu dəfə tamamilə başqa yerdə – dalağın içində qanaxma var. Anasına bildirdik ki, təcili əməliyyata ehtiyac ola bilər, dərhal xəstəxanaya aparılsın. Sonra Kliniki Tibbi Mərkəzə aparılıb və orda əməliyyat vaxtı vəfat edib. Ölümə nə səbəb olub hələ ki, bilinmir. Bizdə olduğu müddətlə, keçirdiyimiz əməliyyatla heç bir əlaqəsi yoxdur ölümün. Çox güman ki, xəstənin damar problemi olub. Biz bütün bunları xəstənin yaxınlarına izah etdik. Ola bilər ki, emosional vəziyyətlə bağlı şikayət edirlər”.

 


 

Xalq.online istind verilib

Paylaş:
Digər xəbərlər

Siyasət / Dünya

12-03-2026, 01:00

Xameneinin yaralanması rəsmən təsdiqləndi

Gündəm / Cəmiyyət

25-04-2026, 08:00

İşdən çıxarılan Rəşad Əhmədalıyevin böyük sərvəti ortaya ÇIXDI - Siyahı adamı heyrətləndirir

İncəsənət
Təbəssüm İnkişaf Mərkəzi – Hər Bir Uşağın Gələcəyinə Sevgi, Elm və Peşəkarlıqla Açılan Qapı
Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova : "Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan respublikasının yaradıcısı və banisidir".
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
Hadisə
13-09-2026, 20:33
Mingəçevirdə keçmiş məcburi köçkünlərin yaşadığı binada yanğın – sakinlər təxliyə edildi
13-09-2026, 20:17
Sakit okeanda onlarla insanın olduğu bərə batıb – 30-dan çox itkin
13-09-2026, 09:22
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılarkən yaralandı
12-09-2026, 17:02
İtkin düşmüş 8 nəfər tapılaraq ailələrinə təhvil verildi
12-09-2026, 13:39
Ağstafada həyat yoldaşını boğaraq öldürməyə cəhd edən şəxsə 11 il 3 ay həbs verildi
12-09-2026, 13:27
Azərbaycanda nadir tibbi hadisə: Döl qaraciyərdə inkişaf edib
Son xəbərlər
  • 13-09-2026, 20:33
    Mingəçevirdə keçmiş məcburi köçkünlərin yaşadığı binada yanğın – sakinlər təxliyə edildi
  • 13-09-2026, 20:30
    Azərbaycanda 3600 il əvvələ aid inanılmaz tapıntı – FOTO
  • 13-09-2026, 20:17
    Sakit okeanda onlarla insanın olduğu bərə batıb – 30-dan çox itkin
  • 13-09-2026, 09:37
    Gəncənin bir sıra ərazilərində qaz təchizatı məhdudlaşdırılıb
  • 13-09-2026, 09:32
    Sürücülərin nəzərinə: Bakının əsas prospektlərindən birində təmir başlayır
  • 13-09-2026, 09:25
    İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt irəli sürüb
  • 13-09-2026, 09:22
    Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılarkən yaralandı
  • 13-09-2026, 08:30
    Hikmət Hacıyev: Kəlbəcər dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir
  • 13-09-2026, 00:00
    Məmməd Musayev həbsin bir addımlığında? - "Turanbank" da araşdırılacaq
  • 12-09-2026, 17:02
    İtkin düşmüş 8 nəfər tapılaraq ailələrinə təhvil verildi
  • 12-09-2026, 16:58
    “Qarabağ” və “Sabah” Çempionlar Liqasının ən ucuz heyətləri sırasında
  • 12-09-2026, 16:53
    Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yeni sistem tətbiq ediləcək
  • 12-09-2026, 13:39
    Ağstafada həyat yoldaşını boğaraq öldürməyə cəhd edən şəxsə 11 il 3 ay həbs verildi
  • 12-09-2026, 13:27
    Azərbaycanda nadir tibbi hadisə: Döl qaraciyərdə inkişaf edib
  • 12-09-2026, 10:13
    Trampdan İranla müharibə ilə bağlı açıqlama: “İranlılar məğlubiyyətə uğrayacaqlar”
  • 12-09-2026, 10:11
    MKİ 11 sentyabr terroru ilə bağlı 101 səhifəlik sənədləri məxfilikdən çıxardı
  • 12-09-2026, 10:05
    Xarici diplomatlar Qarabağ və Şərqi Zəngəzurda – Şuşadan yeni görüntülər
  • 12-09-2026, 10:01
    🇦🇿 Qusar Rayon İcra Hakimiyyəti dövlət bayraqları alır – Tenderin məbləği AÇIQLANDI
  • 12-09-2026, 09:56
    🇦🇿 Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi – Sərəncam
  • 11-09-2026, 13:53
    Bakıda yataqxanada 47 yaşlı kişinin meyiti tapılıb
  • 11-09-2026, 13:44
    ⚖️ Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxundu
  • 11-09-2026, 13:41
    🇵🇰🇦🇿 Pakistanın Baş naziri oktyabrda Azərbaycana səfər edəcək
  • 11-09-2026, 13:35
    Xankəndidə yaşayan əhalinin sayı açıqlandı
  • 11-09-2026, 13:30
    Sumqayıtda tikintidə bədbəxt hadisə baş verib – fəhlə ölüb
  • 11-09-2026, 13:05
    🇦🇿 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün məktəbi ziyarət edib
  • 11-09-2026, 13:02
    Ötən il 877 nəfər 15-17 yaş aralığında ana olub
  • 11-09-2026, 12:56
    DİM sədri: “Bərabərlik hər kəsə eyni şeyi vermək deyil”
  • 11-09-2026, 12:52
    Bu gün Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödəniləcək
  • 11-09-2026, 12:33
    Bakıda anasının imtina etdiyi körpə ilə bağlı yeni təfərrüatlar: bir neçə anadangəlmə inkişaf qüsuru aşkarlanıb
  • 10-09-2026, 15:25
    Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmiyə dron hücumu: 2 ölü, 2 yaralı
  • 10-09-2026, 15:17
    Prezident Qaradağda yeni müəssisənin açılışında iştirak etdi – 240 nəfər işlə təmin olunacaq
  • 10-09-2026, 15:12
    Prezidentdən dövlət qurumlarının büdcədənkənar vəsaitləri ilə bağlı YENİ FƏRMAN
  • 10-09-2026, 15:07
    Xəzərdə zəlzələ oldu
  • 10-09-2026, 15:04
    9 illik baza üzrə kollec seçimi bu gün başa çatır – SON SAAT
  • 10-09-2026, 15:02
    Xocalıda mina partlayışı: Əməkdaşın ayağı amputasiya olunub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Kazımov
  • Tel: (+99455) 266 63 89
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
Müəllif hüquqları qorunur. Abatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə