Yaxın 24 saat ərzində Yer kürəsində maqnit qasırğasının baş vermə ehtimalı yüksək qiymətləndirilir.
Realmedia.info xəbər verir ki, bu barədə Rusiyanın "Fobos" Hava Mərkəzi məlumat yayıb.
Mərkəzin açıqlamasına əsasən, proqnoz modelləri Günəş küləyinin sürətinin saniyədə 600 kilometrə və daha yüksək həddə çata biləcəyini göstərir. Bu səbəbdən geomaqnit sahəsində zəif (G1) və orta səviyyəli (G2) maqnit qasırğasının yaranma ehtimalı 75 faiz olaraq qiymətləndirilir.
Mütəxəssislərin sözlərinə görə, gözlənilən geomaqnit aktivliyinin əsas səbəbi iyulun 30-da Günəşdə baş vermiş tac kütləsi atılması (CME) ola bilər.
Bildirilib ki, maqnit qasırğasının yaxın gecənin ikinci yarısında başlaması və təxminən 6-9 saat davam etməsi ehtimal edilir.
"Fobos" Hava Mərkəzi onu da qeyd edib ki, maqnit qasırğası səviyyəsinə çatmasa belə, geomaqnit aktivliyi bazar gününün sonunadək və bazar ertəsinin ilk yarısında da davam edə bilər.