İran Hörmüz boğazının açılmasının ABŞ tərəfindən yeddi şərtin yerinə yetirilməsindən asılı olduğunu açıqlayıb.
ABATV.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, İran tərəfi vasitəçilər vasitəsilə ABŞ-yə Hörmüz boğazının açılması ilə bağlı yeddi şərt təqdim edib.
Agentliyin mənbəsi bildirib ki, İranın ali instansiyaları tərəfindən təsdiqlənən həmin şərtlər yerinə yetirilməyənədək boğaz bağlı qalacaq.
Mənbənin sözlərinə görə, İran və Oman arasında əldə olunan razılaşma Hörmüz boğazının avtomatik olaraq açılması anlamına gəlmir.
“Boğazın açılması tamamilə Vaşinqtonun atacağı addımlardan asılıdır”, – deyə mənbə bildirib.