Qusar rayonunda kəsici alətlə ictimai qaydanı pozan şəxs polis əməkdaşlarına müqavimət göstərib.
ABATV.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupu məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən xidməti tabel silahından istifadə edilməklə 22 yaşlı Rzayev soyadlı şəxs saxlanılıb.
Saxlanılan şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.