Son 10 il ərzində UEFA Çempionlar Liqasında iştirak edən klublar arasında heyətinin ümumi bazar dəyəri ən aşağı olan komandaların siyahısı açıqlanıb.
Abatv.az xəbər verir ki, “Transfermarkt” portalının məlumatlarına əsasən, siyahıda Azərbaycanın iki təmsilçisi – “Qarabağ” və “Sabah” da yer alıb.
“Qarabağ” 2017/18 mövsümündə tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində mübarizə apararkən komandanın heyətinin ümumi dəyəri 17,3 milyon avro olub. Ağdam təmsilçisi bu göstərici ilə siyahının dördüncü pilləsində qərarlaşıb.
Cari mövsümdə tarixində ilk dəfə turnirin liqa mərhələsində çıxış edən “Sabah” isə 19 milyon avroluq heyət dəyəri ilə beşinci sırada yer alıb.
Siyahıya 2021/22 mövsümündə 12,3 milyon avro dəyərində heyətlə Moldova klubu “Şerif” başçılıq edir. Qazaxıstanın “Kayrat”ı 12,8 milyon avro ilə ikinci, Sloveniyanın “Maribor”u isə 13,9 milyon avro ilə üçüncü pillədədir.
Çempionlar Liqasında son 10 ilin ən aşağı heyət dəyərinə malik komandaları:
1. “Şerif” (Moldova, 2021/22) – 12,3 milyon avro
2. “Kayrat” (Qazaxıstan, 2025/26) – 12,8 milyon avro
3. “Maribor” (Sloveniya, 2017/18) – 13,9 milyon avro
4. “Qarabağ” (Azərbaycan, 2017/18) – 17,3 milyon avro
5. “Sabah” (Azərbaycan, 2026/27) – 19 milyon avro
6. “Nikosia” (Kipr, 2017/18) – 19,3 milyon avro
7. “Makkabi Hayfa” (İsrail, 2022/23) – 20,3 milyon avro
8. “Slovan” (Slovakiya, 2024/25) – 20,9 milyon avro
9. “Pafos” (Kipr, 2025/26) – 22,7 milyon avro
10. “Ferentsvaroş” (Macarıstan, 2020/21) – 24,7 milyon avro