Sentyabrın 11-də polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində itkin düşmüş kimi axtarışda olan 8 nəfərin yeri müəyyənləşdirilib.
Qanuntv.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həmin şəxslər ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdikləri üçün itkin düşmüş kimi axtarışa veriliblər.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində onların hamısı tapılıb və aidiyyəti üzrə təhvil verilib.