Mingəçevirdə keçmiş məcburi köçkünlərin kompakt məskunlaşdığı çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Abatv.az xəbər verir ki, hadisə şəhərin 11 saylı yaşayış binasında qeydə alınıb.
Yanğınla əlaqədar bina sakinləri Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən təxliyə ediliblər.
İlkin məlumata görə, bir neçə sakin qatı tüstüdən zəhərlənib. Onlar tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdiriliblər.
İlkin ehtimala əsasən, yanğın binanın elektrik naqillərinin keçdiyi şaxtada baş verib.
Hadisə ilə bağlı araşdırma aparılır.