Bakının Pirallahı rayonunda yataqxanada ölüm hadisəsi baş verib.
Abatv.az xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində yerləşən SOCAR-ın Azneft Qazma İdarəsinin yataqxanasında qeydə alınıb.
Hacıqabul rayon sakini, 47 yaşlı Ramil Əliyevin meyiti yataqxanada aşkarlanıb.
İlkin məlumata görə, meyitin üzərində zorakılıq əlamətləri müəyyən edilməyib.
Faktla bağlı araşdırma aparılır.
Abatv.az