Vanuatu sahillərində bərənin batması nəticəsində 30-dan çox insan itkin düşüb.
Abatv.az xəbər verir ki, bu barədə “Reuters” Sakit okeandakı ada dövlətinin Baş naziri Cotam Napatın ofisinə istinadən məlumat yayıb.
Məlumata görə, bərənin göyərtəsində 40-dan çox sərnişin və heyət üzvü olub. Qəza nəticəsində bir nəfər həyatını itirib, 15 nəfər isə xilas edilib. Digər sərnişin və heyət üzvlərinin taleyi hələlik məlum deyil.
Hazırda ərazidə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
İlkin ehtimallara görə, qəzanın baş verməsinə təhlükəsizlik qaydalarının pozulması səbəb ola bilər. Baş nazirin ofisindən bildirilib ki, gəminin heyəti fırtınalı hava ilə bağlı xəbərdarlıqlara məhəl qoymayıb və bərənin həddindən artıq yüklənməsinə şərait yaradıb.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.