ABŞ Prezidenti Donald Tramp İranla müharibənin noyabr ayında keçiriləcək aralıq seçkilərindən dərhal sonra başa çatdırılacağını bildirib.
Abatv.az xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
“Müharibə aralıq seçkidən dərhal sonra bitəcək”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Telekanalın aparıcısı Lora İnqremdən münaqişənin respublikaçıların seçkidə qalib gəlməsindən və ya məğlub olmasından asılı olmayaraq başa çatıb-çatmayacağı ilə bağlı sual gəlib.
Donald Tramp isə respublikaçıların məğlubiyyətinin onun mövqeyini daha da sərtləşdirə biləcəyini istisna etməyib.
“Məncə, bir çoxları düşünür ki, əgər biz uduzsaq, mən daha çox qəzəblənəcəyəm və sadəcə olaraq bu məsələni birdəfəlik həll edəcəyəm. Bu da bir variantdır. Hər bir halda, iranlılar məğlubiyyətə uğrayacaqlar”, – deyə Tramp bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti bundan əvvəl də İranla müharibənin noyabrda keçiriləcək Konqres seçkilərindən dərhal sonra, hətta ehtimal ki, daha əvvəl başa çatacağına əminliyini ifadə edib.
ABŞ-də aralıq seçkilərinin noyabrın 3-də keçirilməsi planlaşdırılır. Səsvermə zamanı Senatın 100 üzvündən 33-ü, həmçinin Nümayəndələr Palatasının bütün 435 üzvü yenidən seçiləcək.