Bakının Xətai rayonunda yerləşən 8 Noyabr prospektinin müəyyən hissələrində təmir işlərinə başlanılacaq.
ABATV.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, təmir işləri sentyabrın 14-də saat 09:00-dan etibarən həyata keçiriləcək.
Bildirilib ki, işlər aparılan müddətdə nəqliyyat vasitələrinin hərəkətinə hər hansı məhdudiyyətin tətbiq edilməsi nəzərdə tutulmur.
Sürücülərdən təmir işlərinin aparıldığı ərazilərdə hərəkət zamanı diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.