Şamaxı rayonunun Çuxuryurd kəndində 7 yaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Abatv.az xəbər verir ki, hadisə kənd sakini, 7 yaşlı S. Samıyevin yaşadığı evin həyətində qeydə alınıb.
Belə ki, azyaşlı su ilə dolu bidona düşərək həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.