UEFA Çempionlar Liqasının III turunda “Sabah”la qarşılaşacaq Almaniyanın “Borussiya Dortmund” komandası Bakıya yola düşüb.
Abatv.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, “Sabah” – “Borussiya Dortmund” qarşılaşması sabah, saat 20:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək.




