Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Eldar Cəlilov və Samir Şeydayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Abatv.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmədə müəyyən edilib ki, təqsirləndirilən şəxslər 2021-ci ildən etibarən müxtəlif pulköçürmə sistemlərindən istifadə etməklə xaricdə olan şəxslərə pul vəsaitləri göndəriblər. Həmin vəsaitlərin İŞİD terror təşkilatına çatdırılmasına yönəldildiyi bildirilib.
Məhkəmənin hökmünə əsasən, Eldar Cəlilov və Samir Şeydayev təyin olunmuş cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.
Abatv.az