Qalib Malik oğlu İsrafilov Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
Abatv.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Qalib İsrafilov 2021-ci il iyulun 26-da Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifələrinə təyin edilmişdi.
Onun vəzifədən geri çağırılması ilə bağlı Prezidentin Sərəncamında digər təyinat barədə məlumat verilməyib.