Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyində (DMA) kadr dəyişikliyi baş verib.
ABATV.AZ xəbər verir ki, "Unikal"ın yaydığı məlumata görə, bununla bağlı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Agentliyin İnsan resursları departamentinin Daxili dəyərlər şöbəsinin müdiri Fuad Pənah oğlu İsmayılov tutduğu vəzifədən azad edilib.
Vəzifədən azad olunmanın səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.