
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni kadr təyinatı həyata keçirilib.
Məlumata görə, TƏBİB-in icraçı direktoru Anar Bayramov bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Nigar Rüstəmli TƏBİB-in Layihələrin idarəedilməsi şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, TƏBİB-də həyata keçirilən bu kimi kadr dəyişiklikləri qurumun fəaliyyətinin daha səmərəli təşkili, layihələrin idarə olunmasının təkmilləşdirilməsi və səhiyyə sahəsində idarəetmə mexanizmlərinin gücləndirilməsi məqsədi daşıyır.