Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva qardaşı Heydər Əliyevi doğum günü münasibətilə təbrik edib.
Abatv.az xəbər verir ki, Leyla Əliyeva bununla bağlı rəsmi "Instagram" hesabında paylaşım edib.
Paylaşımda Heydər Əliyevə səmimi təbrik və xoş arzular ünvanlanıb. Qısa müddətdə çoxsaylı sosial şəbəkə istifadəçisi tərəfindən bəyənilən paylaşıma yüzlərlə təbrik şərhi yazılıb.
Qeyd edək ki, Leyla Əliyeva sosial media hesablarında mühüm ictimai hadisələr, ailəvi məqamlar və müxtəlif tədbirlərlə bağlı paylaşımlar edir.