Sentyabrın 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə sentyabr ayının pensiyalarının ödənilməsi nəzərdə tutulub.
Abatv.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiya ödənişləri bu gün həyata keçiriləcək.
Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da sentyabr ayında müəyyən edilmiş qrafikə uyğun şəkildə ödəniləcək.