
Ötən il Azərbaycanda 15-17 yaş aralığında olan 877 nəfər qadın ana olub.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, həmin yaş qrupunda ana olanların 569 nəfəri kəndlərdə, 308 nəfəri isə şəhərlərdə yaşayıb.
Statistikaya əsasən, ötən il 50 və daha yuxarı yaşda 94 qadın övlad dünyaya gətirib. Onlardan 59 nəfəri şəhər, 35 nəfəri isə kənd sakini olub.
Beləliklə, 15-17 yaş aralığında ana olan qadınların sayında kənd yerləri, 50 və daha yuxarı yaşda ana olanlar arasında isə şəhər əhalisi üstünlük təşkil edib.
Abatv.az