Türkiyənin Malatya vilayətinin Battalqazi rayonunda 5 bal gücündə zəlzələ baş verib.
Abatv.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 07:20-də qeydə alınıb. Zəlzələnin ocağı 15,59 kilometr dərinlikdə yerləşib.
Bildirilib ki, seysmik hadisə Malatya ilə yanaşı Elazığ, Adıyaman, Tunceli və Şanlıurfa vilayətlərində də hiss olunub.
Hadisə nəticəsində insan tələfatı və ya dağıntılarla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.