
Yevlax rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
AbaTV.az xəbər verir ki, hüquq-mühafizə orqanlarına rayon sakini, 1984-cü il təvəllüdlü Eşqin İsmayılovun odlu silahla qətlə yetirilməsi barədə məlumat daxil olub.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1963-cü il təvəllüdlü həmyerlisi Natiq Abbasov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.
Qeyd edək ki, sözügedən qətl hadisəsi ötən ay Yevlax rayonu ərazisində baş verib.