Azərbaycanın tanınmış diktoru, Əməkdar artist Züleyxa Hacıyeva 103 yaşında dünyasını dəyişib.
Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov bu barədə məlumat verib.
Züleyxa Hacıyeva uzun illər Azərbaycan televiziyasında diktor kimi fəaliyyət göstərərək peşəkarlığı, səlis nitqi və özünəməxsus təqdimat üslubu ilə tamaşaçıların rəğbətini qazanıb.
O, təkcə televiziya diktoru kimi deyil, sovet dövründə idman ustası kimi də tanınıb. Peşəkar fəaliyyəti yüksək qiymətləndirilən Züleyxa Hacıyeva 1979-cu ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adına layiq görülüb.
Onun Azərbaycan televiziya tarixində özünəməxsus yeri və xidmətləri olub. Züleyxa Hacıyevanın vəfatı televiziya və mədəniyyət ictimaiyyəti üçün ağır itki kimi qiymətləndirilir.
Allah rəhmət eləsin!