Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi Vaqif Nəbiyev vəfat edib.
Uzun illər ali təhsil sahəsində çalışan Vaqif Nəbiyev 79 yaşında dünyasını dəyişib.
Vaqif Nəbiyev 1999-cu ildən etibarən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasında baş müəllim kimi fəaliyyət göstərib. O, pedaqoji fəaliyyəti dövründə yüzlərlə tələbənin yetişməsində, Azərbaycan tarixinin tədrisi və təbliğində mühüm xidmətlər göstərib.
Həmkarları və tələbələri tərəfindən dərin biliyi, peşəkarlığı və yüksək insani keyfiyyətləri ilə tanınan Vaqif Nəbiyevin vəfatı universitet kollektivi və elmi ictimaiyyət üçün ağır itki kimi dəyərləndirilir.
Abatv.az kollektivi mərhum Vaqif Nəbiyevin doğmalarına, yaxınlarına və Bakı Dövlət Universitetinin kollektivinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin.