
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Abatv.az xəbər verir ki, qəza şəhərin Atatürk prospektində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan "Mercedes" və "Toyota" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.