
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin iyulun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı dövlət başçıları ikitərəfli münasibətlər və beynəlxalq gündəmdə yer alan aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər Azərbaycan-Rusiya əlaqələrinin konstruktiv xarakter daşıdığını vurğulayaraq, hökumətlər və aidiyyəti qurumlar arasında fəal dialoqun davam etdirildiyini qeyd ediblər.
Söhbət zamanı qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi ifadə olunub və faydalı tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsi barədə razılıq ifadə edilib.