Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib.
Abatv.az xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti də iştirak edib.
Qeyri-rəsmi toplantıda regional əməkdaşlığın genişləndirilməsi, nəqliyyat və logistika əlaqələrinin inkişafı, enerji təhlükəsizliyi, ticarət dövriyyəsinin artırılması, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə və çoxtərəfli əməkdaşlığın inkişafına töhfə verəcəyi vurğulanıb.



