Azərbaycan İnvestisiya Holdinqinin (AİH) baş icraçı direktoru və İdarə Heyətinin üzvü Ruslan Əlixanov vəzifəsindən azad olunub.
Abatv.az xəbər verir ki, bununla bağlı qərar Azərbaycan Respublikasının Baş naziri, AİH-in Müşahidə Şurasının sədri Əli Əsədov tərəfindən qəbul edilib.
Qərara əsasən, AİH-in baş icraçı direktorunun vəzifələrinin icrası müvəqqəti olaraq baş icraçı direktorun müavini Dəyanət Sədullayevə həvalə olunub.
Bildirilib ki, qərardan irəli gələn məsələlərlə bağlı holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.