Türkiyə kino və teatr sənətinin tanınmış simalarından olan Can Kolukısa 92 yaşında vəfat edib.
Abatv.az xəbər verir ki, aktyorun vəfatı ilə bağlı məlumat ailəsi tərəfindən onun rəsmi sosial şəbəkə hesabında paylaşılıb.
Can Kolukısa uzun illər ərzində Türk kinosu və televiziya sənətində yaddaqalan obrazları ilə tamaşaçıların rəğbətini qazanıb. O, "Kapıcılar Kralı", "Züğürt Ağa", "Postacı", "Muhteşem Yüzyıl", "Gibi", "İnci Taneleri" və son olaraq "Mehmed: Fetihler Sultanı" layihələrində canlandırdığı rollarla yaddaşlarda iz buraxıb.
Sənətkarın vəfatı Türkiyə incəsənət ictimaiyyəti və pərəstişkarları tərəfindən dərin hüznlə qarşılanıb. Sosial şəbəkələrdə minlərlə istifadəçi Can Kolukısanın ailəsinə və yaxınlarına başsağlığı verərək, onun Türk kino tarixində silinməz iz qoyduğunu vurğulayıb.