İngiltərə millisinin sabiq futbolçusu, ikiqat "Qızıl top" mükafatının sahibi Kevin Kiqan 75 yaşında vəfat edib.
Məlumata görə, İngiltərə futbolunun əfsanələrindən sayılan Kiqan bir müddətdir xərçəng xəstəliyi ilə mübarizə aparırdı. Onun vəfatı ailəsi və keçmiş klubları tərəfindən təsdiqlənib.
Kevin Kiqan futbolçu karyerası ərzində "Liverpul", "Hamburq", "Sauthempton" və "Nyukasl Yunayted" klublarının formasını geyinib. O, 1978 və 1979-cu illərdə ardıcıl olaraq "Qızıl top" mükafatına layiq görülərək Avropa futbolunun ən nüfuzlu fərdi mükafatını iki dəfə qazanan nadir futbolçulardan biri olub.
Kiqan İngiltərə millisinin kapitanı kimi də çıxış edib. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayan o, "Nyukasl Yunayted", "Fulhem", "Mançester Siti" və İngiltərə milli komandasını çalışdırıb.
Kevin Kiqanın vəfatı futbol ictimaiyyətində böyük kədər hissi ilə qarşılanıb və dünyanın bir çox futbol qurumları, klubları və tanınmış simaları onun xatirəsini ehtiramla yad ediblər.