Rusiya Prezidenti Vladimir Putin Kiyev şəhərinə zərbələrin üç gün müddətində dayandırılması barədə göstəriş verib.
Məlumata görə, qərar sentyabrın 5-dən 8-dək qüvvədə olacaq. Bu addımın Kiyevdə ABŞ nümayəndələrinin iştirakı ilə keçirilməsi planlaşdırılan görüşlərə hazırlıq və danışıqların təşkili ilə əlaqədar olduğu bildirilir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumatı TASS agentliyinə açıqlamasında təsdiqləyib.
Peskov bildirib ki, Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putin bu gün gecəyarısından etibarən üç sutka ərzində Kiyevə zərbələrin endirilməməsi barədə göstəriş verib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna mətbuatında sentyabrın 5-i gecə saatlarından sentyabrın 8-dək Ukrayna Silahlı Qüvvələri üçün atəşkəs rejiminin tətbiq ediləcəyi barədə məlumat yayılmışdı.