• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video

İlham Əliyev və Mehriban Əliyeva Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak ediblər

Cəmiyyət

12-08-2026, 10:43

İlham Əliyev və Mehriban Əliyeva Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak ediblər


Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak ediblər.


Abatv.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev mərkəzdə yaradılan şərait barədə dövlət başçısına və birinci xanıma məlumat verib.



Bildirilib ki, Naxçıvan Regional DOST Mərkəzində əhaliyə 164 növ sosial xidmət göstəriləcək. Mərkəzdə 117 işçinin və 50 könüllünün fəaliyyət göstərməsi, gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbul edilməsi nəzərdə tutulur.


Bütün xidmətlər “Bir pəncərə” prinsipi əsasında təşkil olunub. Bu yanaşma pensiya, əmək və məşğulluq, sosial müavinətlər, əlillik, övladlığa götürmə və digər sosial xidmətlərin vahid məkanda, şəffaf və operativ şəkildə göstərilməsinə imkan verəcək.


Əlilliyi olan şəxslərin tibbi-sosial ekspertizası, fərdi ehtiyaclarına uyğun reabilitasiya vasitələri ilə təminatı və reabilitasiya xidmətlərindən yararlanmaları üçün ixtisaslaşmış müəssisələrə göndərişlərin rəsmiləşdirilməsi də mərkəzdə həyata keçiriləcək.


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzdə nümayiş etdirilən yüksək texnologiyalı protezlərlə də tanış olublar. Bildirilib ki, indiyədək 500-dən çox hərbçiyə 620 yüksək texnologiyalı protez təqdim edilib. Yüksək texnologiyalı reabilitasiya və tibbi-sosial xidmətlər nəticəsində müharibə ilə əlaqədar əlilliyi olan 300-dək şəxsin əvvəlki sağlamlıq imkanlarına qovuşduğu qeyd olunub.


Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatının gücləndirilməsi istiqamətində görülən işlər nəticəsində reabilitasiya vasitələrinin çeşidi 57-dən 130-a çatdırılıb. Bu ilin əvvəlindən etibarən əlilliyi olan şəxslər 300 minədək müxtəlif növ reabilitasiya vasitəsi ilə təmin olunub.


Dövlət başçısı və birinci xanım nazirliyin inklüziv mərkəzlərinin benefisiarları tərəfindən hazırlanmış müxtəlif əl işlərindən ibarət sərgiyə də baxıblar. Sərgidə bədii oyma, xalçaçılıq, dulusçuluq, təsviri incəsənət, vitraj, floristika və digər sənət nümunələri nümayiş etdirilib.


Həssas qruplardan olan şəxslərin yaradıcılıq potensialının üzə çıxarılması və iqtisadi fəallığının dəstəklənməsi məqsədilə yaradılan “dostart.az” portalı vasitəsilə həmin əl işlərinin onlayn satışı həyata keçirilir.


Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Naxçıvan Regional İnformasiya Mərkəzinin bazasında yaradılması nəzərdə tutulan Naxçıvan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin layihəsi də təqdim olunub.


Qeyd edilib ki, hazırda əlilliyi olan şəxslərə 13 istiqamət üzrə göstərilən sosial bacarıqların inkişafı xidmətlərinin yeni mərkəzdə 20 istiqamətə çatdırılması planlaşdırılır.


Son illərdə Azərbaycanda həyata keçirilən sosial islahatların beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyi, müxtəlif beynəlxalq təşkilatlar tərəfindən 300-dən artıq mükafat və sertifikatla təltif olunduğu bildirilib.


Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST mərkəzləri sosial xidmətlərin göstərilməsində yeni mərhələnin formalaşmasına imkan verib. Bu mərkəzlərdə indiyədək vətəndaşlara 164 növ xidmət üzrə ümumilikdə 4,6 milyon sosial xidmət göstərilib. Xidmətlərdən məmnunluq səviyyəsinin təxminən 99 faiz olduğu qeyd olunub.


Hazırda DOST şəbəkəsinin ölkə üzrə genişləndirilməsi istiqamətində işlər davam etdirilir. 2026-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində DOST qəbul şöbələrinin yaradılması, 2030-cu ilədək isə ölkə üzrə 18 DOST mərkəzi, 60 şöbə və məntəqədən ibarət geniş xidmət şəbəkəsinin formalaşdırılması nəzərdə tutulur.


Paylaş:
Digər xəbərlər

Cəmiyyət / Siyasət

12-08-2026, 10:28

Naxçıvanda elektrik avtobusları istifadəyə veriləcək – dəmir yolu infrastrukturunda genişmiqyaslı işlər aparılır

Siyasət

20-07-2026, 17:06

İlham Əliyev 2026–2030-cu illər üçün Məşğulluq Strategiyasının Tədbirlər Planını təsdiqləyib

İqtisadiyyat / Gündəm

12-08-2026, 10:00

İlham Əliyev Naxçıvanda inşa olunan günəş elektrik stansiyalarında görülən işlərlə tanış olub

İqtisadiyyat

12-08-2026, 10:10

Naxçıvan Sənaye Parkının təməli qoyulub

İqtisadiyyat

27-07-2026, 17:53

İşçilərin pay və səhm əldə etməsi ilə bağlı yeni qaydalar təsdiqləndi

İncəsənət
Təbəssüm İnkişaf Mərkəzi – Hər Bir Uşağın Gələcəyinə Sevgi, Elm və Peşəkarlıqla Açılan Qapı
Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova : "Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan respublikasının yaradıcısı və banisidir".
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
Hadisə
13-09-2026, 20:33
Mingəçevirdə keçmiş məcburi köçkünlərin yaşadığı binada yanğın – sakinlər təxliyə edildi
13-09-2026, 20:17
Sakit okeanda onlarla insanın olduğu bərə batıb – 30-dan çox itkin
13-09-2026, 09:22
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılarkən yaralandı
12-09-2026, 17:02
İtkin düşmüş 8 nəfər tapılaraq ailələrinə təhvil verildi
12-09-2026, 13:39
Ağstafada həyat yoldaşını boğaraq öldürməyə cəhd edən şəxsə 11 il 3 ay həbs verildi
12-09-2026, 13:27
Azərbaycanda nadir tibbi hadisə: Döl qaraciyərdə inkişaf edib
Son xəbərlər
  • 13-09-2026, 20:33
    Mingəçevirdə keçmiş məcburi köçkünlərin yaşadığı binada yanğın – sakinlər təxliyə edildi
  • 13-09-2026, 20:30
    Azərbaycanda 3600 il əvvələ aid inanılmaz tapıntı – FOTO
  • 13-09-2026, 20:17
    Sakit okeanda onlarla insanın olduğu bərə batıb – 30-dan çox itkin
  • 13-09-2026, 09:37
    Gəncənin bir sıra ərazilərində qaz təchizatı məhdudlaşdırılıb
  • 13-09-2026, 09:32
    Sürücülərin nəzərinə: Bakının əsas prospektlərindən birində təmir başlayır
  • 13-09-2026, 09:25
    İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt irəli sürüb
  • 13-09-2026, 09:22
    Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılarkən yaralandı
  • 13-09-2026, 08:30
    Hikmət Hacıyev: Kəlbəcər dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir
  • 13-09-2026, 00:00
    Məmməd Musayev həbsin bir addımlığında? - "Turanbank" da araşdırılacaq
  • 12-09-2026, 17:02
    İtkin düşmüş 8 nəfər tapılaraq ailələrinə təhvil verildi
  • 12-09-2026, 16:58
    “Qarabağ” və “Sabah” Çempionlar Liqasının ən ucuz heyətləri sırasında
  • 12-09-2026, 16:53
    Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yeni sistem tətbiq ediləcək
  • 12-09-2026, 13:39
    Ağstafada həyat yoldaşını boğaraq öldürməyə cəhd edən şəxsə 11 il 3 ay həbs verildi
  • 12-09-2026, 13:27
    Azərbaycanda nadir tibbi hadisə: Döl qaraciyərdə inkişaf edib
  • 12-09-2026, 10:13
    Trampdan İranla müharibə ilə bağlı açıqlama: “İranlılar məğlubiyyətə uğrayacaqlar”
  • 12-09-2026, 10:11
    MKİ 11 sentyabr terroru ilə bağlı 101 səhifəlik sənədləri məxfilikdən çıxardı
  • 12-09-2026, 10:05
    Xarici diplomatlar Qarabağ və Şərqi Zəngəzurda – Şuşadan yeni görüntülər
  • 12-09-2026, 10:01
    🇦🇿 Qusar Rayon İcra Hakimiyyəti dövlət bayraqları alır – Tenderin məbləği AÇIQLANDI
  • 12-09-2026, 09:56
    🇦🇿 Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi – Sərəncam
  • 11-09-2026, 13:53
    Bakıda yataqxanada 47 yaşlı kişinin meyiti tapılıb
  • 11-09-2026, 13:44
    ⚖️ Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxundu
  • 11-09-2026, 13:41
    🇵🇰🇦🇿 Pakistanın Baş naziri oktyabrda Azərbaycana səfər edəcək
  • 11-09-2026, 13:35
    Xankəndidə yaşayan əhalinin sayı açıqlandı
  • 11-09-2026, 13:30
    Sumqayıtda tikintidə bədbəxt hadisə baş verib – fəhlə ölüb
  • 11-09-2026, 13:05
    🇦🇿 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün məktəbi ziyarət edib
  • 11-09-2026, 13:02
    Ötən il 877 nəfər 15-17 yaş aralığında ana olub
  • 11-09-2026, 12:56
    DİM sədri: “Bərabərlik hər kəsə eyni şeyi vermək deyil”
  • 11-09-2026, 12:52
    Bu gün Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödəniləcək
  • 11-09-2026, 12:33
    Bakıda anasının imtina etdiyi körpə ilə bağlı yeni təfərrüatlar: bir neçə anadangəlmə inkişaf qüsuru aşkarlanıb
  • 10-09-2026, 15:25
    Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmiyə dron hücumu: 2 ölü, 2 yaralı
  • 10-09-2026, 15:17
    Prezident Qaradağda yeni müəssisənin açılışında iştirak etdi – 240 nəfər işlə təmin olunacaq
  • 10-09-2026, 15:12
    Prezidentdən dövlət qurumlarının büdcədənkənar vəsaitləri ilə bağlı YENİ FƏRMAN
  • 10-09-2026, 15:07
    Xəzərdə zəlzələ oldu
  • 10-09-2026, 15:04
    9 illik baza üzrə kollec seçimi bu gün başa çatır – SON SAAT
  • 10-09-2026, 15:02
    Xocalıda mina partlayışı: Əməkdaşın ayağı amputasiya olunub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Kazımov
  • Tel: (+99455) 266 63 89
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
Müəllif hüquqları qorunur. Abatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə