Sentyabrın 5-də axşam saatlarında Günəşdə M sinfinə aid partlayış baş verib.
Məlumata görə, rentgen diapazonunda 4520 (S12W68) ləkələr qrupunda qeydə alınan M1.0 sinifli partlayış təxminən 30 dəqiqə davam edib.
Günəş partlayışları rentgen şüalanmasının gücünə görə A, B, C, M və X olmaqla beş sinfə bölünür. Bu təsnifatda A ən zəif, X isə ən güclü partlayışları ifadə edir.
Qeyd olunur ki, Günəş partlayışları zamanı plazma kütləsinin atılması da baş verə bilər. Belə plazma buludları Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.