Alim, diplomat və şair Hacan Hacısoy vəfat edib.
Abatv.az xəbər verir ki, bu barədə onun oğlu məlumat yayıb.
Bildirilib ki, Hacan Hacısoy uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Hacan Hacısoy 1996–2004-cü illərdə Azərbaycanın Gürcüstandakı ilk fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. O, son illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) elmi-pedaqoji fəaliyyətini davam etdirirdi.
Hacan Hacısoy elmi, ədəbi və diplomatik fəaliyyəti dövründə çoxsaylı kitabların müəllifi olub.