Gənclər və İdman Nazirliyinin Mil-Muğan Regional Gənclər və İdman İdarəsinə yeni rəis müavini təyin olunub.
Abatv.az xəbər verir ki, bununla bağlı gənclər və idman naziri Fərid Qayıbov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Murad Həsənli Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisinin müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Murad Həsənli bu təyinata qədər həmin idarənin Gənclərlə iş sektorunun müdiri vəzifəsində çalışıb.
Yeni təyinatla Murad Həsənlinin regionda dövlət gənclər siyasətinin həyata keçirilməsi, idmanın inkişafı və bu sahədə layihələrin icrasına töhfə verməsi gözlənilir.