• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video

Naxçıvanda elektrik avtobusları istifadəyə veriləcək – dəmir yolu infrastrukturunda genişmiqyaslı işlər aparılır

Cəmiyyət / Siyasət

12-08-2026, 10:28

Naxçıvanda elektrik avtobusları istifadəyə veriləcək – dəmir yolu infrastrukturunda genişmiqyaslı işlər aparılır


Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslarla tanış olub, həmçinin Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işlərinin gedişinə baxıblar.


Abatv.az xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov görülən işlər və həyata keçirilən layihələr barədə dövlətimizin başçısına və birinci xanıma məlumat veriblər.



Əvvəlcə Prezident İlham Əliyevə Zəngəzur dəhlizi üzrə dəmir yollarının tikintisi layihələri barədə məlumat təqdim olunub. Bildirilib ki, layihələrin tam başa çatdırılmasından sonra dəmir yolunun illik buraxılış qabiliyyətinin 15 milyon ton olması nəzərdə tutulur.


Horadiz–Yuxarı Mərcanlı–Soltanlı stansiyalarını əhatə edən 30 kilometrlik dəmir yolu hissəsi artıq müvəqqəti istismara verilib. 2024-cü ilin may ayından etibarən bu istiqamət üzrə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına yükdaşımalar həyata keçirilir. İndiyədək həmin istiqamət üzrə ümumilikdə 43 min ton yük daşınıb.


Naxçıvan dəmir yolu xəttinin layihələndirilməsi və tikinti işlərinə 2025-ci ildən başlanılıb. Hazırda xəttin uzunluğu 188 kilometr təşkil edir. Yeni layihəyə əsasən isə dəmir yolu xəttinin uzunluğunun 194,2 kilometrə çatdırılması nəzərdə tutulur. Layihə çərçivəsində 10 stansiyanın və üç sərnişin dayanacağı platformasının yenidən qurulması planlaşdırılır.


Hazırda Naxçıvan dəmir yolu xəttinin Salamməlik stansiyasından Ermənistanla dövlət sərhədinədək olan 7 kilometrlik hissəsində layihələndirmə işləri başa çatdırılıb və tikinti işlərinə başlanılıb. Ərazidə mühəndislik və infrastrukturun yaradılması üzrə işlərin bir hissəsi artıq yekunlaşıb, digər işlər isə davam etdirilir.


Hazırda əraziyə 7 kilometrlik rels və 7 min ədəd şpal gətirilib. Planlaşdırmaya əsasən, sentyabrın sonunadək yolun üst quruluşunun 6,3 kilometrlik hissəsinin quraşdırılması nəzərdə tutulur.


Sərhəddən 700 metr məsafədə yerləşən digər hissədə isə minatəmizləmə işləri başa çatdırıldıqdan və layihələrin uzlaşdırılması məqsədilə TRIPP marşrutu üzrə layihə hazırlandıqdan sonra tikinti-quraşdırma işlərinə başlanılması planlaşdırılır.


Bununla yanaşı, Sədərək stansiyasından Türkiyə ilə dövlət sərhədinədək olan dəmir yolu hissəsinin gələcəkdə Türkiyə tərəfindən inşa edilən Qars–İğdır–Dilucu dəmir yolu ilə texniki və layihə baxımından uyğunlaşdırılması nəzərdə tutulur. Hazırda Türkiyədə sözügedən dəmir yolu xətti üzrə layihələndirmə işləri aparılır.


Naxçıvanın ictimai nəqliyyatında yeni mərhələ


Prezident İlham Əliyevin ötən il imzaladığı “Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq şəhərin ictimai nəqliyyat sistemində sərnişindaşımanın yalnız elektrik mühərrikli avtobuslarla təşkili istiqamətində mühüm işlər görülüb.


Bu məqsədlə Azərbaycanda yığılan, uzunluğu 8,7 metr və hər biri 53 sərnişin tutumuna malik “BYD” markalı 60 elektrik avtobusu alınıb. Avtobusların fəaliyyəti üçün zəruri enerjidoldurma cihazları quraşdırılıb, onlara xidmət göstərilməsi məqsədilə depo infrastrukturu yenilənib və təkmilləşdirilib.


Yeni sistem çərçivəsində hərəkətin idarə olunması üçün rəqəmsal dispetçer və monitorinq sistemi də yaradılıb. Avtobuslarda sərnişinlərin bank kartları, QR kod, “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş etməsi üçün imkanlar təmin olunub.


Layihənin tam icrası nəticəsində Naxçıvan şəhərində 9 marşrut xətti üzrə il ərzində 4,5 milyon sərnişinə yüksək səviyyəli ictimai nəqliyyat xidməti göstərilməsi mümkün olacaq.


Monitorinq mərkəzi vasitəsilə avtobusların hərəkəti real vaxt rejimində izləniləcək. Bu sistem sərnişindaşımanın təhlükəsizliyinə, fasiləsizliyinə və marşrutların daha səmərəli idarə olunmasına nəzarəti gücləndirəcək.


“BakuBus” MMC-nin Naxçıvan şəhərində fəaliyyətə başlaması isə ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasına və ödəniş sisteminin tam nağdsız formata keçirilməsinə mühüm töhfə verəcək.


Yeni depo 200 sürücünü işlə təmin edəcək


Təxminən 3 hektar ərazini əhatə edən yeni depoda müasir və zəruri infrastruktur yaradılıb. Burada texniki baxış və təmir postları, avtomatlaşdırılmış uçot sisteminə malik elektrikdoldurma stansiyası, həmçinin saatda 15 avtobusun yuyulmasına imkan verən xüsusi kompleks quraşdırılıb.


Depo ikinövbəli iş rejimində fəaliyyət göstərəcək. Burada 200 sürücünün və 22 nəfər inzibati heyətin işlə təmin olunması nəzərdə tutulur. Sürücülərin aylıq əməkhaqqının isə 1000 manatdan çox olacağı bildirilib.


Həyata keçirilən layihələr Naxçıvanın nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, regionun dəmir yolu əlaqələrinin genişləndirilməsi və müasir nəqliyyat imkanlarının yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.


Qeyd olunan layihələrin mərhələli şəkildə həyata keçirilməsi Naxçıvanın həm ölkədaxili, həm də beynəlxalq nəqliyyat-logistika sistemində rolunun daha da gücləndirilməsinə xidmət edəcək.


Paylaş:
Digər xəbərlər

İqtisadiyyat / Gündəm

12-08-2026, 10:00

İlham Əliyev Naxçıvanda inşa olunan günəş elektrik stansiyalarında görülən işlərlə tanış olub

Gündəm / Sosial / Cəmiyyət

15-05-2026, 14:22

Rövşən Rəcəbov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır

İqtisadiyyat

12-08-2026, 10:10

Naxçıvan Sənaye Parkının təməli qoyulub

Cəmiyyət

24-07-2026, 12:20

Şəhid pilot Rəşad Atakişiyevin anım günüdür

Hadisə / Sosial

17-07-2026, 14:53

Bakı Dövlət Universitetinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

İncəsənət
Təbəssüm İnkişaf Mərkəzi – Hər Bir Uşağın Gələcəyinə Sevgi, Elm və Peşəkarlıqla Açılan Qapı
Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova : "Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan respublikasının yaradıcısı və banisidir".
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
Hadisə
13-09-2026, 20:33
Mingəçevirdə keçmiş məcburi köçkünlərin yaşadığı binada yanğın – sakinlər təxliyə edildi
13-09-2026, 20:17
Sakit okeanda onlarla insanın olduğu bərə batıb – 30-dan çox itkin
13-09-2026, 09:22
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılarkən yaralandı
12-09-2026, 17:02
İtkin düşmüş 8 nəfər tapılaraq ailələrinə təhvil verildi
12-09-2026, 13:39
Ağstafada həyat yoldaşını boğaraq öldürməyə cəhd edən şəxsə 11 il 3 ay həbs verildi
12-09-2026, 13:27
Azərbaycanda nadir tibbi hadisə: Döl qaraciyərdə inkişaf edib
Son xəbərlər
  • 13-09-2026, 20:33
    Mingəçevirdə keçmiş məcburi köçkünlərin yaşadığı binada yanğın – sakinlər təxliyə edildi
  • 13-09-2026, 20:30
    Azərbaycanda 3600 il əvvələ aid inanılmaz tapıntı – FOTO
  • 13-09-2026, 20:17
    Sakit okeanda onlarla insanın olduğu bərə batıb – 30-dan çox itkin
  • 13-09-2026, 09:37
    Gəncənin bir sıra ərazilərində qaz təchizatı məhdudlaşdırılıb
  • 13-09-2026, 09:32
    Sürücülərin nəzərinə: Bakının əsas prospektlərindən birində təmir başlayır
  • 13-09-2026, 09:25
    İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt irəli sürüb
  • 13-09-2026, 09:22
    Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılarkən yaralandı
  • 13-09-2026, 08:30
    Hikmət Hacıyev: Kəlbəcər dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir
  • 13-09-2026, 00:00
    Məmməd Musayev həbsin bir addımlığında? - "Turanbank" da araşdırılacaq
  • 12-09-2026, 17:02
    İtkin düşmüş 8 nəfər tapılaraq ailələrinə təhvil verildi
  • 12-09-2026, 16:58
    “Qarabağ” və “Sabah” Çempionlar Liqasının ən ucuz heyətləri sırasında
  • 12-09-2026, 16:53
    Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yeni sistem tətbiq ediləcək
  • 12-09-2026, 13:39
    Ağstafada həyat yoldaşını boğaraq öldürməyə cəhd edən şəxsə 11 il 3 ay həbs verildi
  • 12-09-2026, 13:27
    Azərbaycanda nadir tibbi hadisə: Döl qaraciyərdə inkişaf edib
  • 12-09-2026, 10:13
    Trampdan İranla müharibə ilə bağlı açıqlama: “İranlılar məğlubiyyətə uğrayacaqlar”
  • 12-09-2026, 10:11
    MKİ 11 sentyabr terroru ilə bağlı 101 səhifəlik sənədləri məxfilikdən çıxardı
  • 12-09-2026, 10:05
    Xarici diplomatlar Qarabağ və Şərqi Zəngəzurda – Şuşadan yeni görüntülər
  • 12-09-2026, 10:01
    🇦🇿 Qusar Rayon İcra Hakimiyyəti dövlət bayraqları alır – Tenderin məbləği AÇIQLANDI
  • 12-09-2026, 09:56
    🇦🇿 Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi – Sərəncam
  • 11-09-2026, 13:53
    Bakıda yataqxanada 47 yaşlı kişinin meyiti tapılıb
  • 11-09-2026, 13:44
    ⚖️ Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxundu
  • 11-09-2026, 13:41
    🇵🇰🇦🇿 Pakistanın Baş naziri oktyabrda Azərbaycana səfər edəcək
  • 11-09-2026, 13:35
    Xankəndidə yaşayan əhalinin sayı açıqlandı
  • 11-09-2026, 13:30
    Sumqayıtda tikintidə bədbəxt hadisə baş verib – fəhlə ölüb
  • 11-09-2026, 13:05
    🇦🇿 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün məktəbi ziyarət edib
  • 11-09-2026, 13:02
    Ötən il 877 nəfər 15-17 yaş aralığında ana olub
  • 11-09-2026, 12:56
    DİM sədri: “Bərabərlik hər kəsə eyni şeyi vermək deyil”
  • 11-09-2026, 12:52
    Bu gün Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödəniləcək
  • 11-09-2026, 12:33
    Bakıda anasının imtina etdiyi körpə ilə bağlı yeni təfərrüatlar: bir neçə anadangəlmə inkişaf qüsuru aşkarlanıb
  • 10-09-2026, 15:25
    Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmiyə dron hücumu: 2 ölü, 2 yaralı
  • 10-09-2026, 15:17
    Prezident Qaradağda yeni müəssisənin açılışında iştirak etdi – 240 nəfər işlə təmin olunacaq
  • 10-09-2026, 15:12
    Prezidentdən dövlət qurumlarının büdcədənkənar vəsaitləri ilə bağlı YENİ FƏRMAN
  • 10-09-2026, 15:07
    Xəzərdə zəlzələ oldu
  • 10-09-2026, 15:04
    9 illik baza üzrə kollec seçimi bu gün başa çatır – SON SAAT
  • 10-09-2026, 15:02
    Xocalıda mina partlayışı: Əməkdaşın ayağı amputasiya olunub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Kazımov
  • Tel: (+99455) 266 63 89
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
Müəllif hüquqları qorunur. Abatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə