Ağdaş Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, filologiya elmləri namizədi, alim-pedaqoq Veyis Məmmədov vəfat edib.
Veyis Məmmədov 80 yaşında dünyasını dəyişib.
O, Azərbaycan Xalq Hərəkatının fəal iştirakçılarından biri olub. Veyis Məmmədov 1992–1993-cü illərdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Alim-pedaqoq kimi də fəaliyyət göstərən Veyis Məmmədov filologiya sahəsində elmi araşdırmaları və pedaqoji fəaliyyəti ilə tanınıb.
ABATV.az olaraq mərhumun yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.