ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində diqqətçəkən xəritə yayımlayıb.
Abatv.az xəbər verir ki, xəritədə Kanada, Meksika və Qrenlandiya ABŞ bayrağının rənglərinə boyanmış şəkildə göstərilib.
Tramp paylaşımına hər hansı şərh əlavə etməyib.
Xəritədə, həmçinin Mərkəzi Amerikanın və Karib hövzəsinin bir sıra ölkələri, eləcə də İslandiya ABŞ bayrağının rənglərində təsvir olunub.
Paylaşımın hansı məqsədlə edildiyi barədə Tramp tərəfindən əlavə açıqlama verilməyib.