Əməkdar artist Elnur Kərimovu sancan ilanın öldüyü bildirilir.
Abatv.az xəbər verir ki, bu barədə "Qaynarinfo"ya açıqlamasında teatrın aktyoru İlham Əsədov məlumat verib.
Onun sözlərinə görə, hadisədən sonra Elnur Kərimov dərhal xəstəxanaya çatdırılıb və həkimlərin müayinəsindən keçib.
"Xəstəxanaya apardıq. Həkimlər müayinə etdilər. Daha sonra evə buraxdılar və narahatlığa əsas olmadığını bildirdilər. Ən maraqlısı isə odur ki, Elnuru sancan ilan ölüb", – deyə İlham Əsədov bildirib.
Qeyd edək ki, Əməkdar artistin səhhətinin hazırda yaxşı olduğu və vəziyyətinin qənaətbəxş qiymətləndirildiyi bildirilib.