
Bakıda müşahidə olunan güclü külək paytaxtın müxtəlif ərazilərində fəsadlar törətməyə davam edir.
Qaradağ rayonunun Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasının dam örtüyü güclü küləyin təsiri nəticəsində uçub.
Hadisə zamanı dam örtüyünün bir hissəsi binadan qoparaq ətrafa səpələnib. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar barədə rəsmi məlumat verilməyib.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülür.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində, xüsusilə Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyi ilə bağlı əvvəlcədən xəbərdarlıq etmişdi.