Paytaxtın Binəqədi rayonu ərazisində 14 yaşlı yeniyetməyə həmyaşıdı tərəfindən kəsici-deşici alətlə xəsarət yetirilib.
Abatv.az xəbər verir ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli məlumat verib.
Bildirilib ki, daxil olmuş məlumat əsasında ərazi polis orqanında araşdırmalara başlanılıb.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb. İstintaq çərçivəsində hadisə iştirakçılarının izahatları alınıb, hadisə yerinə baxış keçirilib, şahidlər dindirilib.
Yeniyetmənin aldığı xəsarətlərin ağırlıq dərəcəsinin müəyyənləşdirilməsi məqsədilə müvafiq məhkəmə-tibbi ekspertizaları təyin edilib.
Hazırda hadisənin başvermə səbəblərinin və bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.