Mingəçevirdə 14 yaşlı yeniyetmənin Qarabağ kanalında batması ilə nəticələnən bədbəxt hadisə baş verib.
Abatv.az xəbər verir ki, hadisə Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Mingəçevir şəhər sakini, 14 yaşlı Nicat Şərifzadə kanalda çimərkən suda batıb.
Hazırda yeniyetmənin tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Abatv.az hadisənin gedişini diqqətdə saxlayır və rəsmi məlumat olduqca oxuculara təqdim edəcək.