Türkiyənin Yalova bölgəsində təlim uçuşu həyata keçirən “F-16” qırıcı təyyarəsi qəzaya uğrayıb.
Abatv.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə təlim uçuşu zamanı baş verib. Təyyarəni idarə edən pilot katapult edərək xilas olmağı bacarıb.
Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub:
«“Hərbi Hava Qüvvələrimizin balansında olan bir F-16 təyyarəsi Yalovada təlim uçuşu icra edərkən qəzaya düşüb, pilotumuz isə tullanaraq xilas ola bilib. Hadisənin başvermə səbəbləri aparılacaq ətraflı tədqiqatdan sonra məlum olacaq”.»
Hazırda qəzanın başvermə səbəbləri araşdırılır. Ətraflı tədqiqatın nəticələrindən sonra hadisənin səbəblərinin müəyyənləşdiriləcəyi bildirilib.