U17 dünya çempionatında gümüş medal qazanan Azərbaycan güləşçisi Əli Cavadlı (45 kq) yarışdan sonra fikirlərini bölüşüb.
Abatv.az xəbər verir ki, gənc idmançı jurnalistlərə açıqlamasında üzərində böyük məsuliyyət hiss etdiyini bildirib.
“Hazırda danışmaq mənim üçün çətindir. Məndən gözləntilər böyük idi. Qarşıda məni uzun yol gözləyir. Daha yaxşı nəticələr əldə etmək üçün əlimdən gələni edəcəyəm. İnşallah, gələcəkdə öz sözümü deyəcəyəm. Heç vaxt ruhdan düşməyəcəyəm”, – deyə Əli Cavadlı bildirib.
Qeyd edək ki, Əli Cavadlı Bakıda keçirilən U17 dünya çempionatında 45 kiloqram çəki dərəcəsində mübarizə apararaq yarışın gümüş medalına sahib olub.
Gənc güləşçinin bu nəticəsi Azərbaycan idmanının gələcək perspektivi baxımından da diqqətçəkən göstəricilərdən biri kimi qiymətləndirilir.