
Azərbaycanda muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqısı artıb.
ABATV.az xəbər verir ki, cari ilin ilk altı ayı ərzində ölkədə muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqısı 1 174,4 manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz çoxdur.
Əməkhaqqının artması ölkədə məşğulluq və əmək bazarında baş verən dəyişikliklərin əsas göstəricilərindən biri kimi qiymətləndirilir.