Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə 23 İyul – İnqilab Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Abatv.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytında məlumat dərc olunub.
Dövlət başçısı təbrik məktubunda Prezident Əbdülfəttah əs-Sisiyə və onun simasında bütün Misir xalqına səmimi təbriklərini və xoş arzularını çatdırıb.
Prezident İlham Əliyev vurğulayıb ki, dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan Azərbaycan–Misir dövlətlərarası münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur.
Məktubda qeyd olunub ki, xalqların iradəsinə uyğun olaraq iki ölkə arasında dostluq əlaqələrinin, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın bundan sonra da birgə səylərlə daha da inkişaf edəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.
Sonda Prezident İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətində uğurlar, dost Misir xalqına isə daim əmin-amanlıq və rifah arzulayıb.