Prezident İlham Əliyev Milix İlxananoviç Yevdayevin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Milix Yevdayev Azərbaycanın ictimai həyatında uzunmüddətli və səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.
Qeyd edək ki, "Vətənə xidmətə görə" ordeni Azərbaycan Respublikasının ən ali dövlət təltiflərindən biri hesab olunur və ölkənin inkişafı, dövlətçiliyin möhkəmləndirilməsi, eləcə də ictimai-siyasi həyatın müxtəlif sahələrində mühüm xidmətləri olan şəxslərə təqdim edilir.