Azərbaycan Respublikasının Estoniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri dəyişdirilib.
Abatv.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılıb.
Dövlət başçısının imzaladığı digər sərəncama əsasən isə Nemət Zeynal oğlu Nağdəliyev Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, hər iki sərəncam Prezident İlham Əliyev tərəfindən imzalanıb və qüvvəyə minib.